Ordu.az “Sputnik”ə istinadən xəbər verir ki, bu barədə Rusiya Baş nazirinin müavini Yuri Borisov danışıb.
“Əgər xatirim məni yanıltmırsa, ötən il Müdafiə nazirinin müavini vəzifəsindəykən 40 milyard rubl (595 milyon dollar) dəyərində kontraktlar imzalanmışdı. Bu il, bütün parametrlərə görə, forum ötən ilki nəticələri 40%-ə qədər üstələyə bilər”, - deyə Borisov bildirib.
O, həm də qeyd edib ki, Rusiya MN 100 ədəd “Armata” tankı sifariş verib və bu tanklar və digər hərbi ləvazimatlar öz xüsusiyyətlərinə görə, öz xarici analoqlarını 15-30% üstələyirlər.
“Müasir “Armata”, “Kurqanets”, “Bumeranq”, “Koalitsiya” platformaları öz xarici rəqiblərini texniki göstəricilərdə 15-20-30%-ə qədər arxada qoyurlar”, - deyə o vurğulayıb.
Ağalar Ağalarlı
Ordu.az