Ordu.az “Janes”ə istinadən xəbər verir ki, bu barədə Pentaqonun mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, artıq tenderdə iştirak etmək üçün ümumilikdə 23 kompaniya seçilib. Kompaniyaların seçimi zamanı əsasən kiçik bizneslərə üstünlük verilib.
Nəticə etibarilə seçilən kompaniyalar arasında aşağıdakılar var: “Aero Simulation”, “Apogee-SAIC Capabilities Integrator”, “CymSTAR”, DiSTI, “JF Taylor”, “Logistic Services International” və s.
Qeyd edək ki, bu kompaniyalar arasından seçilən firma ilə bağlanacaq müqavilədə P-8A, E-6B və H-60 platformalarına dair xidmətlərin də nəzərdə tutulması gözlənilir.
Ağalar Ağalarlı
Ordu.az