Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə rəsmi məlumatı Avstraliya Hərbi Dəniz Qüvvələrinin mətbuat xidməti yayıb.
Bildirilib ki, Avstraliyanın Darvin şəhəri yaxınlığında baş tutacaq təlimlərdə 26 mütəlif ölkədən ümumilikdə 2 min hərbçi, 35-ə qədər döyüş gəmisi və 150-dən çox təyyarə iştirak edəcək.
Məlumata əsasən ABŞ, Çin, Fransa, Yaponiya, Kanada, Hindistan və Pakistan kimi dövlətlərin də iştirak edəcəyi təlimlər 30 avqust – 15 sentyabr tarixlərini əhatə edəcək.
Dəyanət Ağalarlı
Ordu.az