Ordu.az xəbər verir ki, bu barədə “İndustry Today” jurnalının yayımladığı hesabatda qeyd olunub.
Bildirilib ki, hazırda KUEHNE+NAGEL, DHL, “Lockheed Martin”, “Ryder” və SEKO korporasiyalarının ilk 5 yeri tutduğu bazar çox az sayda hərbi sektorlardandır ki, orada dominantlıq ABŞ-a məxsus deyil.
Belə ki, 2013-cü ildə 12,1 milyard, 2018-ci ildə 15,7 milyard dollar olan bazarın təxminən 26 faizi Almaniyada formalaşır ki, bu baxımdan da Avropa təmsilçisi sektorda liderlik edir. ABŞ isə 22 faiz bazar payı ilə bu sahədə 2-ci yeri tutur.
Hazırda orta hesabla 6,1 faiz artım tendensiyasına sahib bazarın 2023-cü ildə həcminin 21-22 milyard dollar olacağı ehtimal edilir.
Dəyanət Ağalarlı
Ordu.az