Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə Pentaqonun ən sonuncu illik hesabatında qeyd olunub.
Hesabatda bildirilir ki, sınaq ABŞ-ın Alyaska ştatı yaxınlığında baş tutub. Çinə məxsus “Type 815A” cəsus gəmisi ötən ilin iyulunda Alyaska yaxınlığında müşahidə olunub. Bu gəmi THAAD raketdən müdafiə sisteminin sınağını izləyib.
Pentaqon bu hesabatla ilk dəfə olaraq Çinin kəşfiyyat üçün cəsus gəmilərindən istifadə etdiyinə dair məlumatı işıqlandırıb.
Quruda yerləşdirilən THAAD ABŞ-ın ən aktiv raketdən müdafiə sistemlərindən biridir. THAAD Çinin Cənubi Koreyaya qarşı propoqandasında əsas hədəflərindən biridir.
Ağalar Ağalarlı