Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə məlumatı qiyamçılara yaxın mənbələr yayıb.
Bildirilib ki, qiyamçılar bu gün səhər saatlarında Səudiyyə Ərəbistanının liderlik etdiyi Ərəb koalisiyasına məxsus hərbi bazaya ballistik raket hücumu həyata keçiriblər.
Məlumata əsasən, hücum nəticəsində koalisiyanın 4 hərbçisi həlak olub, daha 2-si isə yaralanıb.
Qeyd edək ki, hələlik qarşı tərəfdən məsələ ilə bağlı rəsmi açıqlama verilməyib.
Dəyanət Ağalarlı
Ordu.az