Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə rəsmi məlumat İsveç Müdafiə Nazirliyi tərəfindən yayılıb.
Bildirilib ki, hərbi hava qüvvələrinin xidmətindəki yerli istehsal olan JAS 39 “Gripen” qırıcısı Malmö şəhərinin mərkəzindən 160 kilometr şərqdə Karlskrona yaşayış məntəqəsi yaxınlığında qəzaya uğrayıb.
Məlumata əsasən, quşun təyyarənin mühərrikinə daxil olmasından dolayı baş verən qəzada pilot uğurlu katapult nəticəsində sağ qalmağı bacarsa da, təyyarə istifadəyə yararsız hala düşüb.
Dəyanət Ağalarlı
Ordu.az