Ruhani: “İran və Türkiyə müdafiə sənayesi sahəsində əməkdaşlıq edə bilərlər”

2018/08/thumbs_b_c_d4336869739bff953b85b2586279c69b_1534846389.jpg
Oxunub: 3437     18:07     21 Avqust 2018    
İran prezidenti Həsən Ruhani Türkiyə ilə əlaqələr barəsində danışaraq Birləşmiş Ştatların Türkiyəyə qarşı tətbiq etdiyi sanksiyaları tənqid edib.

Ordu.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, Ruhani iki ölkənin müdafiə sənayesi sahəsində əməkdaşlıq edə biləcəyini vurğulayıb.

O, Pakistan və Türkiyənin İranın qonşu və dost ölkələr olduğunu diqqətə çatdıraraq, bu ölkələrlə birlikdə çalışaraq döyüş təyyarələri istehsal edə biləcəklərini də əlavə edib.

ABŞ-ın Türkiyəyə qarşı tətbiq etdiyi sanksiyaları tənqid edən İran prezidenti Birləşmiş Ştatların dünyada etibarsız bir dövlət olduğunu dilə gətirib.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İran   Türkiyə   ABŞ  


Bizi "telegram"da izləyin