Husilər Yəməndə koalisiyanın planlaşdırılan hücumunu üzə çıxarıb

2018/08/534_1534840365.jpg
Oxunub: 4146     17:09     21 Avqust 2018    
Səudiyyə Ərəbistanı rəhbərliyindəki koalisiya qüvvələri və Yəmən ordusu ölkənin şimalında husilərin nəzarət etdiyi bölgələrə hücumlar edib.

Ordu.az “Al-Masdar” agentliyinə istinadən xəbər verir ki, hücum zamanı qiyamçıların bir çox mövqeyinə koalisiya qüvvələrinin təyyarələri tərəfindən ağır zərbələr endirilib.

Daha sonra Bayda regionunda qiyamçılarla hökumət qüvvələri arasında gərgin döyüşlər meydana gəlib. Bir neçə saat davam edən döyüşdə qiyamçıların ciddi itkilər verdiyi bildirilir.

Husi qiyamçılarına yaxın mənbə isə bu hücumun qarşısını ala bildiklərini və döyüşlərdə ondan çox hərbçini öldürdüklərini iddia ediblər.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Husilər   Yəmən  


Bizi "telegram"da izləyin