Qəzzada qarşıdurma: 4 HƏMAS üzvü zərərsizləşdirilib

2018/08/6456_1534840041.jpg
Oxunub: 1410     16:26     21 Avqust 2018    
İsrail Müdafiə Nazirliyi Qəzza zolağında yerləşən ordu nəzarət postuna hücum edildiyini və lazım olan cavabın verildiyini bildirib.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, hadisə bu gün yerli vaxtla saat 7:00 radələrində baş verib.

İsrail Müdafiə Nazirliyinin qarşıdurma ilə bağlı verdiyi bəyanatda qeyd olunub ki, HƏMAS hərəkatının üzvləri bu gün Qəzzanın İsrail-Fələstin sərhəd zolağında yerləşən İsrail ordusuna məxsus nəzarət məntəqəsinə “Kalaşnikov” və qumbaraatanlardan hücum həyata keçiriblər.

Məlumata əsasən məntəqədəki hərbçilər hücumlara dərhal cavab verib. Qarşıdurmalar nəticəsində İsrail ordusu itki verməyib. Azı 4 HƏMAS üzvünün zərərsizləşdirildiyi bildirilir.

Dəyanət Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Qəzza   İsrail  


Bizi "telegram"da izləyin