Ordu.az İran KİV-lərinə istinadən xəbər verir ki, sərgini İran prezidenti Həsən Ruhani açıb.
O qeyd edib ki, İran özünü xarici qüvvələrin təsirlərindən qorumaq məqsədilə hərbi sənayesini genişləndirməlidir.
“Bizim hərbi gücümüzün hansı səviyyədə olduğunu bütün dünya bilir. Bu sərgi də bunu bir daha əyani sübut edir. Lakin xarici qüvvələrə qarşı müdafiə olunmaq və təhlükəsizliyimizi maksimum səviyyəyə çatdırmaq istəyiriksə, o halda milli hərbi sənayemizi genişləndirməli, çeşidləndirməli və ən əsası istehsal etdiyimiz silahların keyfiyyətini yüksəltməliyik”, - deyə Ruhani vurğulayıb.
Qeyd edək ki, sərgidə ümumilikdə 40-a qədəri yeni olmaqla ümumilikdə 500-dən çox İran istehsalı olan silahlar nümayiş etdirilir.
Dəyanət Ağalarlı
Ordu.az