Ordu.az Rusiya KİV-lərinə istinadən xəbər verir ki, bu barədə Almaz Mərkəzi Dəniz Dizayn Bürosunun rəhbəri Aleksandr Şlyaxtenko bildirib.
“Üçüncü seriya istehsalda başlayaraq korvetlərə dəniz versiyalı “Pantsir-M” havadan müdafiə raket və artilleriya sistemləri əlavə ediləcək”, - deyə o vurğulayıb.
Qeyd edək ki, “Pella Shipyard” tərəfindən istehsal edilən “Karakurt” korvetlərinin ilk ikisi 2015-ci ildə suya buraxılıb və onların bu ilin qarşıdakı dövründə Rusiya donanmasına çatdırılması gözlənilir. Ötən il isə Rusiya MN və firma arasında bu korvetlərin üçüncü istehsalına dair müqavilə imzalanıb.
Ağalar Ağalarlı
Ordu.az