Pentaqon: Türkiyə ilə hərbi əlaqələrdə axsaqlıqdan söhbət gedə bilməz

2018/08/deb3cf55-a75d-497b-98ac-efa773264901_1533373520_1534835843.jpg
Oxunub: 2430     15:15     21 Avqust 2018    
“Rahib pastor Brunsonun azadlığa buraxılmaması və Vaşinqtonun Türkiyəyə sanksiyaları iki ölkə arasındakı hərbi əlaqələrə mənfi təsir göstərə bilməz”.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə rəsmi məlumatı Pentaqonun mətbuat katibi polkovnik Rob Menninq bildirib.

O qeyd edib ki, bu, iki ölkə arasında yaşanan siyasi bir böhrandır və məsələnin hərbi əməkdaşlığa təsiri müzakirə mövzusu deyil.

“Bu ana qədər ABŞ-Türkiyə hərbi əlaqələrində hər hansısa kəsintidən və ya axsaqlıdan söhbət gedə bilməz. Biz Ankara ilə ikitərəfli əlaqələrimizi maksimum səviyyədə saxlamaq cəhdlərimizi dayandırmayacağıq. ABŞ-la Türkiyə NATO müttəfiqləridir və onlar arasında hərbi əlaqələrdə hər hansısa böhrandan danışmaq absurddur”, - deyə Menninq vurğulayıb.

Dəyanət Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə-ABŞ   NATO  


Bizi "telegram"da izləyin