“Kalaşnikov” yeni avtomat tüfəngini təqdim edib

2018/08/76456_1534834164.jpg
Oxunub: 3610     14:48     21 Avqust 2018    
“Kalaşnikov Group” “Army–2018” forumunda özünün NATO standartlarına uyğun yeni hücum tüfəngini nümayiş etdirməyə hazırlaşır.

Ordu.az TASS-a istinadən xəbər verir ki, bu barədə “Kalaşnikov”un mətbuat xidməti məlumat yayıb.

Yeni prototip olan 7,62 mm-lik Ak-308 avtomat tüfəngdə AK-103 hücum tüfənginin lülə qutusundan istifadə ediblər. Eyni zamanda AK-12 silahının element və komponentləri də istehsal zamanı istifadə olunub. Yeni silahın mərmiləri 7,62x51 mm ölçüsündədir.

Tüfəngin darağında birdəfəyə 20 mərmi yerləşdirmək mümkündür. Boş daraqlı silahın ağırlığı 4,3 kq, bütövlükdə uzunluğu isə 880-940 mm-dir. Qeyd edək ki, 7,62x51 mm NATO standartlarına uyğundur.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Kalaşnikov   Ak-308  


Bizi "telegram"da izləyin