İran XİN: İranın raket proqramı müzakirəyə açıq deyil

2018/08/45645_1534833748.jpg
Oxunub: 4455     14:41     21 Avqust 2018    
“İranın ballistik raket proqramı ölkənin nüvə danışıqlarının bir parçası deyil”.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə rəsmi məlumatı İran Xarici İşlər Nazirliyinin mətbuat katibi Bəhram Qasımi bildirib.

O qeyd edib ki, Almaniya kansleri Angela Merkelin İranın ballistik raket proqramı ilə bağlı fikirlərinə hörmətlə yanaşırıq, lakin bu məsələ müzakirə mövzusu deyil.

“Xanım Angela Merkel öz fikirlərini ifadə etdi. Biz onun fikirlərinə hörmət edirik, lakin Merkel unutmamalıdır ki, ballistik raket proqramı və nüvə danışıqları bir-birindən fərqli iki mövzudur. Birincisi İranın tam suveren qərarıdır. Buna görə də raket proqramı müzakirəyə açıq deyil”, - deyə o vurğulayıb.

Dəyanət Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İran   Ballistik-raket   Merkel  


Bizi "telegram"da izləyin