Kabildə bir neçə partlayış səsi: Prezident sarayı vuruldu

2018/08/567567_1534831451.jpg
Oxunub: 1515     14:03     21 Avqust 2018    
Bir qədər öncə Əfqanıstanın paytaxtı Kabilin diplomatik missiyalar yerləşən hissəsində bir neçə silsilə partlayış səsi eşidilib.

Ordu.az “Reuters”ə istinadən xəbər verir ki, hadisə şahidləri səsin raket atışına bənzədiyini və prezident sarayından gəldiyini bildiriblər.

Partlayış səsləri eşidilən zamanı ölkə prezidenti Əşrəf Qani Qurban bayramı ilə əlaqədar təbrik çıxışı edirdi.

Qeyd edək ki, Qani bayramla əlaqədar “Taliban”a müvəqqəti atəşkəs təklifi etsə də, qiyamçılardan bu təklifin qəbuluna dair konkret cavab verilməyib.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Kabil   Qani  


Bizi "telegram"da izləyin