Hindistan və Çin Müdafiə nazirləri Doklam üçün müzakirələrə başlayırlar

2018/08/720719-wei-fenghe-nirmala-sitharaman_1534831299.jpg
Oxunub: 4163     14:00     21 Avqust 2018    
Çin Müdafiə naziri general-leytenant Vey Fenqe Hindistana 4 günlük rəsmi səfərə başlayıb.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, səfər bu gündən etibarən start götürüb.

Belə ki, bir az öncə Hindistanın paytaxtı Dehliyə eniş edən Çin Müdafiə naziri burada Hindistan Müdafiə naziri Nirmala Sitharaman başda olmaqla bir sıra yüksək vəzifəli hərbi nümayəndələrlə bir araya gələcək.

Görüşün əsas mövzusu iki tərəf arasında son dövrlərdə yaşanan gərginlikləri aradan qaldırmaq olacaq.

Nazirlər Hindistanla Çin arasında ötən il yaşanan Doklam faciəsinin daha baş verməməsi üçün mümkün variantları müzakirə edəcəklər.

Dəyanət Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Hindistan-Çin   MN   Doklam  


Bizi "telegram"da izləyin