Ordu.az xəbər verir ki, bu barədə rəsmi məlumatı Pentaqonun mətbuat xidməti yayıb.
Belə ki, Pentaqonun Trampın hərbi paradını hədəf alan bəyanatlarına biri də ötən gün əlavə edilib.
Pentaqonun mətbuat katibi polkovnik Rob Menninq bildirib ki, Trampın hərbi paradla bağlı qərar qəbul etdikdə bununla bağlı ABŞ Müdafiə Nazirliyinin heç bir üzvü ilə müzakirə aparmayıb.
“Heç bir müzakirə aparılmadan ABŞ vergi ödəyicilərinin 92 milyon dollarını havaya sovuracaq paradın keçirilməsi ilə bağlı qərarda Ağ Ev Pentaqonla heç bir danışıqlar aparmayıb. Qərar Pentaqon heç bir iştirakı olmadan qəbul edilib. Ona görə də nə bu qərarın qəbulunda, nə təxirə salınmasında, nə də ləğvində Pentaqon heç bir məsuliyyət daşımır”, - deyə açıqlamada qeyd olunub.
Dəyanət Ağalarlı
Ordu.az