Moskva ilə Ər-Riyad Suriya və Yəməndəki vəziyyəti müzakirə edib

2018/08/russia-saudi-arabia_1534828158.jpg
Oxunub: 2896     13:07     21 Avqust 2018    
Rusiya prezidentinin Yaxın Şərq və Afrika üzrə nümayəndəsi Mixayıl Boqdanov Səudiyyə Ərəbistanının Moskvadakı səfiri ilə Yaxın Şərqdəki vəziyyəti müzakirə edib.

Ordu.az TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Eyni zamanda Rusiya Xarici İşlər nazirinin müavini olan Boqdanovun səfirlə müzakirələrində Suriya və Yəmən böhranlarına xüsusi diqqət ayrılıb.

“Danışıqlar zamanı onlar arasında Yaxın Şərqdəki məsələlər, xüsusilə Suriya, Yəmən və eyni zamanda İran körfəzi zonasındakı vəziyyətə dair fikir mübadiləsi həyata keçirilib”, - deyə XİN-in bəyanatında qeyd olunub.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   Səudiyyə-Ərəbistanı   Yaxın-Şərq  


Bizi "telegram"da izləyin