Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə Hindistan Müdafiə naziri İtsunori Onodera bəyan edib.
Onun sözlərinə görə, Yaponiya və Hindistan arasındakı təhlükəsizlik əməkdaşlığı regional stabillik baxımından həyati əhəmiyyətə malikdir.
Qeyd edək ki, iki ölkə Çinin Cənubi Asiyada artan təsirinin qarşısını almaq məqsədilə ACSA kimi tanınan pakt imzalamağı planlaşdırır. Bu pakt tərəflər arasında silah-sursat və yanacağın tədarükünə, eyni zamanda müdafiə qabiliyyətlərinin mübadiləsinə imkan verəcək.
İki ölkənin Müdafiə nazirləri arasında baş tutan görüşdə eyni zamanda Yaponiya Özünümüdafiə Qüvvələrinin ABŞ və Hindistan Hərbi Hava Qüvvələri tərəfindən keçiriləcək birgə təlimlərdə müşahidəçi qismində iştirakına da razılaşıblar.
Ağalar Ağalarlı
Ordu.az