Hindistan idarəolunan bombanı sınaqdan keçirib

2018/08/DlBjOMAU4AE-3wu_1534773254.jpg
Oxunub: 1403     21:50     20 Avqust 2018    
Hindistan yerli istehsal edilən "Smartanti-Airfield Weapon" (SAAW) bombasını sınaqdan keçirib.

Ordu.az “Sputnik”ə istinadən xəbər verir ki, bu barədə Hindistanın Müdafiə üzrə Tədqiqat və Təkmilləşdirmə Təşkilatı (DRDO) məlumat yayıb.

DRDO-nun məlumatında bildirilib ki, sınaqdan uğurla keçən bomba müxtəlif növ quru hədəflərini dəqiq vurmaq qabiliyyətinə malikdir və bunun üçün o həssas naviqasiya sistemindən istifadə edir. Üstəlik DRDO bu bombanın raketlərdən daha dəqiq və ucuz olduğunu iddia edib.

Məlumata görə, son iki il ərzində aparılan təkmilləşdirmə işləri nəticəsində silah müxtəlif hava şəraitlərində nöqtə zərbə endirmə qabiliyyətinə nail olub. O, müxtəlif poliqonlarda olmaqla ümumilikdə 8 sınaqdan keçirilib.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Hindistan   DRDO   SAAW  


Bizi "telegram"da izləyin