Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə rəsmi məlumatı Cənubi Koreya Hərbi Hava Qüvvələrinin mətbuat xidməti yayıb.
Bildirilib ki, Cənubi Koreya HHQ daxilindəki Hərbi Canlı Qüvvə Administrasiyası dronların idarə olunması, onlara nəzarətin həyata keçirilməsi və s. bu kimi məqsədlər üçün istifadə edilən elektron sistemlərin modernizasiyasını həyata keçirə bilər.
Qeyd edək ki, qəbul ediləcəyi təqdirdə layihənin həyata keçirilməsi üçün 50-70 milyon dollar arası maliyyə tələb olunacaq.
Dəyanət Ağalarlı
Ordu.az