SSL ABŞ-ın təhlükəsiz peyk rabitə təchizatı proqramı üzərində çalışacaq

2018/08/39700532_2219502411605826_8696259844602068992_n_1534772984.jpg
Oxunub: 3932     01:48     21 Avqust 2018    
ABŞ Hərbi Hava Qüvvələri təhlükəsiz peyk rabitə təchizatı layihəsi çərçivəsində peyk vasitələrinin təkmilləşdirilməsi, istehsalı və sınağı üçün SSL korporasiyası ilə müqavilə imzalayıb.

Ordu.az xəbər verir ki, bu barədə rəsmi məlumatı Pentaqonun mətbuat xidməti yayıb.

Bildirilib ki, əldə edilən razılığa əsasən, şirkət ABŞ HHQ-nin sözügedən proqramının tərkib hissəsi olaraq Kosmik və Raket Sistemləri Mərkəzi üçün bir sıra prototiplərin və kütləvi peyk antena vasitələrinin istehsalını və sınağını keçirəcək.

Belə ki, layihə çərçivəsində 2019-2032-ci illər ərzində şirkət azı 16 peyk və onların tam təchizatını ABŞ HHQ-yə təhvil verəcək.

Qeyd edək ki, 15 illik uzun perspektivli layihənin ümumi dəyərinin 20 milyard dollardan çox olduğu ehtimal edilir.

Dəyanət Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   SSL   Peyk-Rabitə-Təchizatı  


Bizi "telegram"da izləyin