Polşa hərbi xərclərini artıracaq

2018/08/39572472_411626366029800_296317060835704832_n_1534771770.jpg
Oxunub: 2959     01:18     21 Avqust 2018    
Polşa hökuməti 2018-2024-cü illər üzrə hərbi xərclərinin artırılması ilə bağlı planlarını açıqlayıb.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə rəsmi açıqlamanı Polşa Milli Təhlükəsizlik bürosunun sədri Pavel Soloç bildirib.

O qeyd edib ki, ölkəsi 2024-cü ilə qədər hərbi xərclərin ümumdaxili məhsula olan nisbətinin 2,5 faizə qədər artırılmasını planlaşdırır.

Bildirilib ki, bunun nəticəsində hazırda 9,7 milyard dollar olan Polşa hərbi büdcəsi 2024-cü ilə qədər 14-15 milyard dollar səviyəsinə qaldırılacaq.

Qeyd edək ki, hazırda Polşa hərbi xərcləri ümumdaxili məhsulun 2 faizini təşkil edir.

Dəyanət Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Polşa   Hərbi-Xərclər  


Bizi "telegram"da izləyin