UAC və Rusiya MN Su-57-lərlə bağlı saziş imzalamağa hazırlaşır

2018/08/39786199_1784314185000802_7277834465462714368_n_1534772292.jpg
Oxunub: 2360     00:51     21 Avqust 2018    
Rusiya Müdafiə Nazirliyi “United Aircraft Corporation” (UAC) firması ilə Su-57 qırıcı təyyarələrinin ilk dəstinə dair müqavilə imzalamağa hazırlaşır.

Ordu.az TASS-a istinadən xəbər verir ki, bu barədə UAC-ın prezidenti Yuri Slyusar bildirib.

Onun sözlərinə görə, müqavilənin bu yayın sonuna qədər imzalanması gözlənilsə də, bunun “Army-2018” forumunda da baş tutması mümkündür.

Qeyd edək ki, Rusiyanın beşinci nəsil qırıcı təyyarəsi olan Su-57 kompozit materiallardan istfadə edir və stels texnologiyasına sahibdir. Ən qabaqcıl radio-elektron ləvazimatla təchiz olunan bu təyyarələr supersəs sürətlə hərəkət edə bilir.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   UAC   Su-57  


Bizi "telegram"da izləyin