İran özünün ballistik raket proqramları üzrə işlərini artan templə davam etdirəcək.
Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə rəsmi məlumatı İran Müdafiə naziri Əmir Hatəmi bildirib.
O qeyd edib ki, İran hazırda ballistik raket sistemləri üzrə dünyanın öndə gedən dövlətlərindən biridir.
“Biz bu sahədə kifayət qədər yaxşı mövqedəyik, lakin hələ çox işləməliyik. Ən son təqdim etdiyimiz “Fateh Mobin” raketi bizim bu sahədə hansı mövqedə olduğumuzu kifayət qədər sübut edir. Hazırda ballistik raketlər üzrə 10-dan çox müxtəlif proqramımız mövcuddur. Lakin İran nə bu ana qədər, nə də bundan sonra dini inanclarından dolayı əsla kütləvi qırğın silahlarının və nüvə silahının təkmilləşdirilməsi üzrə layihələr keçirməyib və keçirməyəcək”, - deyə Hatəmi vurğulayıb.
Dəyanət Ağalarlı
Ordu.az