Rusiya Mərkəz Hərbi Dairəsindən hərbi qüvvələr şərqə doğru toplanır

2018/08/39588979_224727128201340_75271964742123520_n_1534772692.jpg
Oxunub: 3129     21:44     20 Avqust 2018    
Rusiya Mərkəz Hərbi Dairəsinin 4 min hərbçisi ölkənin uzaq şərq bölgəsinə göndərilib.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə rəsmi məlumatı Rusiya Müdafiə naziri Sergey Şoyqu bildirib.

O qeyd edib ki, yeri müvəqqəti olaraq dəyişdirilən hərbi qüvvələr qarşıdan gələn “Vostok-2018” hərbi təlimlərində iştirak edəcək.

“Bu qüvvələr müxtəlif qruplar altında Vostok-2018” müharibə oyunları çərçivəsində baş tutacaq 16 xüsusi təlimlərdə iştirak edəcək. Hələlik Mərkəz Hərbi Dairədən bu məqsədlə 4 min hərbçi Uzaq Şərqə göndərilib. Biz digər dairələrdən də hərbi qüvvələrin burada yerləşdirilməsini təşkil edəcəyik”, - deyə o əlavə edib.

Dəyanət Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   Vostok-2018   Hərbi-Təlimlər  


Bizi "telegram"da izləyin