Ordu.az TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya Dövlət Dumasının üzvü, Dumanın Müdafiə və Təhlükəsizlik komitəsinin sədri Viktor Bondarev danışıb.
“Su-57 sınaqların ilk mərhələsindən uğurla keçdi və onun təyin edilmiş uçuş xarakteristikalarını sübut etdi. O, təkcə sınaq poliqonunda deyil, döyüş vəziyyətində də dəyərini nümayiş etdirib”, - deyə Bondarev bildirib.
Bondarev Su-57-lərin prototiplərinin Rusiyanın Suriyadakı “Hmeymim” aviabazasına ilk dəfə 6 ay öncə göndərildiklərini xatırladaq bildirib ki, təyyarələrin Suriyadakı uğurları onun böyük potensiala sahib olduğunu ortaya qoyub.
Ağalar Ağalarlı
Ordu.az