Ordu.az “Reuters”ə istinadən xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin mətbuat katibi Bəhram Qasımi danışıb.
“Avropalılar və digər imzalayan tərəflər müqavilənin qüvvədə qalmasına çalışırlar. Lakin proses çox ləng gedir. O, sürətlənməlidir”, - deyə Qasımi bildirib.
Qeyd edək ki, ABŞ prezidenti may ayında ölkəsinin bu müqavilədən çəkildiyini elan etdikdən sonra müqaviləni imzalayan digər tərəflər onun qüvvədə qalmasını təmin etmək məqsədilə səylərini birləşdirməyə razılıq veriblər.
Ağalar Ağalarlı
Ordu.az