Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə Yəmən ordusunun komandanı polkovnik-leytenant Əbdül Vahab Bühaybə bildirib.
Onun sözlərinə görə, adıçəkilən dağ Əl-Bayda bilayətinin şərqində Əl-Malaqim cəbhəsində üstünlüyün əldə edilməsi baxımından olduqca yüksək əhəmiyyət kəsb edir.
Bühaybə bildirib ki, hökumət qüvvələri Əl-Malagim cəbhəsi zonasında 18 kvadrat-kilometr genişliyində bir ərazini qiyamçılardan azad etməyə nail olub.
Dağ uğrunda aparılan iki günlük döyüşlərdə husi qiyamçılarından 26 nəfər məhv edilib, bir o qədəri isə yaralanıb və ya ələ keçirilib.
Ağalar Ağalarlı
Ordu.az