Əfqanıstandakı birgə əməliyyatlarda 63 qiyamçı məhv edilib

2018/08/1046964939_1534770772.jpg
Oxunub: 3177     21:10     20 Avqust 2018    
Əfqanıstanda həyata keçirilən birgə hərbi əməliyyatlarda ümumilikdə 63 qiyamçı məhv edilib, 41-i isə yaralanıb.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə Əfqanıstan Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, əməliyyat Əfqanıstan ordusunun Quru Qoşunları və Hərbi Hava Qüvvələri tərəfindən birgə həyata keçirilib.

10-a qədər vilayətdə eyni zamanda aparılan əməliyyat zamanı ordunun döyüş təyyarələri, raket və artilleriya qüvvələri qiyamçıları ağır atəşə tutub.

Əməliyyat nəticəsində 63 qiyamçı məhv edilib, 41-i yaralanıb, onlara məxsus olduğu bildirilən 21 ədəd müxtəlif növ mina, iki maşın ələ keçirilərək, zərərsizləşdirilib.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Əfqanıstan   Taliban  


Bizi "telegram"da izləyin