Rusiya universal amfibik hücum gəmiləri tikmək istəyir

2018/08/Spanish_LHD_Juan-Carlos_1534770186.jpg
Oxunub: 1767     21:01     20 Avqust 2018    
Rusiyanın gəmiqayırma proqramının əsas məqsədi universal amfibik hücum gəmilərinin tikilməsinə nail olmaqdır.

Ordu.az TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya Sənaye və Ticarət naziri Denis Marturov danışıb.

“Proqramın ilkin formasında Rusiya donanması üçün helikopter daşıyıcı gəmilərin tikintisi nəzərdə tutulmamışdı. Deməliyəm ki, gəmiqayırma proqramının məqsədi universal amfibik hücum gəmilərinin tikintisinə nail olmaqdır”, - deyə Marturov bildirib.

Onun sözlərinə görə, amfibik hücum gəmisi dedikdə göyərtəsinə helikopterlərin enə, onunla qayıqların və zirehli vasitələrin daşına biləcəyi gəmilər nəzərdə tutulur.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   Helikopter   Hücum-Gəmisi  


Bizi "telegram"da izləyin