Ordu.az “Janes”ə istinadən xəbər verir ki, bununla bağlı “Lockheed Martin”lə yeni müqavilə imzalanıb.
26,4 milyon dollarlıq müqavilədə JAGM-ların ilk dəstinin çatdırılması nəzərdə tutulur. Bu müqavilə tərəflər arasında daha öncə imzalanmış sazişin modifikasiyasıdır.
Belə ki, ABŞ QQ ilə “Lockheet Martin” arasında əvvəlcədən mövcud olan müqaviləyə əsasən kompaniya iyun ayından etibarən bu raketlərin ilkin istehsalına start verib.
Qeyd edək ki, ABŞ QQ-nin rəhbərlik etdiyi JAGM proqramının məqsədi istifadədə olan “Hellfire” ailəsindən olan raketlərin uyğun və effektiv raketlərlə əvəzlənməsini təmin etməkdir.
Ağalar Ağalarlı
Ordu.az