Rusiya “Army–2018” forumunda yeni hərbi kamuflajı nümayiş etdirəcək

2018/08/1201050_1534768669.jpg
Oxunub: 3047     20:33     20 Avqust 2018    
Rusiyanın yüksək texnologiyalar üzrə dövlət şirkəti “Rostec” “Army – 2018” forumunda yeni hərbi kamuflajın nümayişinə hazırlaşır.

Ordu.az TASS-a istinadən xəbər verir ki, bu barədə “Rostec”in icraçı direktoru Sergey Çemezov danışıb.

Onun sözlərinə görə, Rusiya Müdafiə Nazirliyinin sifarişi əsasında istehsal edilən və forumda nümayişə hazırlanan örtük həm əsgərlər, həm də hərbi texnikaların gizlədilməsində effektivdir.

Bu örtük rəng dəyişikliklərinə reaksiya verə və mürəkkəb qrafik göstəriciləri təqlid edə bilir. Forum zamanı onun iş prinsipi də iştirakçılara təqdim olunacaq.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   Rostec   Kamuflaj  


Bizi "telegram"da izləyin