Ordu.az xəbər verir ki, bu barədə Pentaqonun mətbuat xidmətinin yayımladığı hesabatda bildirilib.
Qeyd olunub ki, hazırda Çin özü də bu sahədə ABŞ-dan geriliyini qəbul edir və sürətlə aradakı boşluğu bağlamağa davam edir.
“Pekin son 15 il ərzində bu sektora 100 milyard dollardan çox maliyyə yatırıb. Şübhəsiz ki, onlar bunun bəhrəsini görürlər və sürətlə bu sahədə dünya liderliyi hədəflərinə doğru yaxınlaşırlar. Çin bu sahədə ABŞ-dan olan geriliyini qəbul etsə də, diqqət yetirilməli olan başlıca nüans ABŞ-ın liderliyi yox, Çinlə aradakı fərqin hər ötən il bir az da azalmasıdır. Vaşinqton bu sahədə olan liderliyinin təhlükə altında olduğunu nəzərdə saxlamalıdır”, - deyə hesabatda qeyd olunub.
Dəyanət Ağalarlı
Ordu.az