Ordu.az TASS-a istinadən xəbər verir ki, bu fikirləri Əfqanıstanın Rusiyadakı səfiri Əbdül Qəyyum Koçayi bildirib.
“Rusiyanın “Taliban”la kontaktları qalmaqdadır. Rusiya Xarici İşlər Nazirliyinin İkinci Asiya Departamentinin rəhbəri Zamir Kabulov bildirib ki, Rusiyanın “Taliban”la əlaqələri mövcuddur. Əgər Rusiya həqiqətən də Əfqanıstana kömək etmək istəyirsə və onun “Taliban”ı Əfqanıstan hökumətilə danışıqlar masasına oturtma imkanı varsa, bu çox yaxşı nəticələr verə bilər”, - deyə səfir bildirib.
Xatırladaq ki, bundan daha öncə Rusiya Xarici İşlər Nazirliyi Əfqanıstandakı Rusiya vətəndaşlarının təhlükəsizliyi və milli uzlaşma prosesinə dəstək vermək məqsədilə “Taliban”la əlaqələri davam etdirdiyini bəyan edib.
Ağalar Ağalarlı
Ordu.az