Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə Rusiya prezidentinin Yaxın Şərq və Afrika üzrə nümayəndəsi, eyni zamanda Xarici İşlər nazirinin müavini Mixayıl Boqdanov bildirib.
“Sammitin təşkili bizdən asılı deyil. Zənnimcə, onlar (Türkiyə tərəfi) Avropadan olan partnyorları ilə tam razılığa gələ bilmirlər”, - deyə Boqdanov bildirib.
Onun sözlərinə görə, bununla paralel olaraq başqa bir sammitin hazırlığı da aparılır. Söhbət Suriyada atəşkəsə zəmanət verən tərəflər, Rusiya, Türkiyə və İran liderlərinin Tehranda baş tutacaq görüşündən gedir.
Ağalar Ağalarlı
Ordu.az