Amerikalıların çoxu 11 sentyabr hadisələri üçün ədalətin bərpasında hərbi cavabın zəruri olduğuna inanır. 2002-ci ilin ortasına qədər “Taliban” və “Əl-Qaidə” Əfqanıstanda məhv edildi.
O zaman ABŞ prezidenti Corc Buş ABŞ qoşunlarının Yaxın Şərqə yenidən yerləşdirməli və 11 sentyabr hadisələri ilə ABŞ təhlükəsizliyində yaranmış xəsarları təmir etməyə fokuslanmalı oldu. Əvəzində Vaşinqtonun təhlükəsizliyi daha da zəiflədi.
2003-cü ildə ABŞ Səddam Hüseynin İraqında strateji problemlə üzləşdi və bu güclü rəhbərin devrilməsindən sonra İraq terrorçuların törəməsi üçün münbit əraziyə çevrildi. Ölkədə rejim dəyişikliyindən öncə burada beynəlxalq terror təhdidi yox idi. 2005-ci ildə ABŞ qoşunları Əfqanıstanda kiçik, lakin cansıxıcı qiyamçılıq problemi ilə üz-üzə qaldı. Missiyanı başa çatdırmaq əvəzində, buradakı ABŞ və NATO qoşunlarının sayı 140 minə çatdırıldı. Son illərdə Vaşinqton ölümcül hərbi gücdən istifadəni Suriya, Liviya, Yəmən, Çad, Niger və Somalidə də tətbiq edir.
ABŞ Şimali Koreya və İrana qarşı hərbi gücün həm birbaşa, həm də dolayı istifadəsini artırıb. 11 sentyabrdan sonra gələn bütün ABŞ hökumətləri Rusiyaya qarşı Avropada və Çinə qarşı Asiyadakı hərbi təlimlərinin miqyasını daha da genişləndirib.
Bu strategiya minlərlə amerikalının qanı bahasına başa gəlib. Pentaqonun rəsmi statistikasına görə, 11 sentyabrdan sonra aparılan döyüşlərdə ABŞ-dan 6971 nəfər həlak olub, 52682 nəfər isə yaralanıb. Elə isə demək olarmı ki, bu strategiya ABŞ milli təhlükəsizlik maraqlarını müdafiə edir?
Əgər buna cavab terror təhdidinin azaldılması, Rusiya və Çinlə daha stabil əlaqələrin qurulması və ABŞ ordusunun gücləndirilməsi olsa, elə isə qarşılığında ödənilən bədələ dəyib-dəymədiyi mübahisə mövzusu ola bilər.
ABŞ Səddam Hüseyni 2003-cü ildə strateji qutuda saxlasa da, böyük ehtimal ki, hələ də İraqda qalacaqdı. Prezident Buş “Əl-Qaidə” və “Taliban”ın uğurlu məğlubiyyətindən sonra ordunu 2002-ci ilin yayında Əfqanıstandan çəksəydi, yəqin ki, Amerika sonrakı 17 ili boş yerə bir zəfər axtarışı içində keçirməyəcəkdi.
Ola bilsin ki, ABŞ 2011-ci ildə Liviyaya qarşı hücuma qoşulmasa, Yəməndə vuruşmasa, Afrikanın bir çox ölkəsində ölümcül hərbi əməliyyatlar aparmasaydı, bu zonalar hələ də xaos içində sürünürdü, lakin onlar tamamilə yerli xarakter daşıyacaq və ABŞ milli təhlükəsizliyinə təhdid meydana gətirməyəcəkdi.
Hər şeydən öncə Vaşinqton Amerikanın hərbi gücünün siyasi, etnik və ya dini problemləri həll etmək iqtidarında olmadığını anlamalıdır. İkincisi, ABŞ liderləri ümumiyyətlə ölkələrinin dünyadakı bütün problemləri həll edə bilməyəcəyini qəbul etməli və ona çalışmamalıdır.
Son 30 il ərzində Çin öz iqtisadiyyatını genişləndirib və ordusunu modernizasiya edib. Lakin o, hələ də ABŞ-ın gücünə qarşı dayana bilməkdən çox uzaqdır. Rusiya isə Sovet İttifaqının Soyuq Müharibə dövründə sahib olduğu hərbi gücün sadəcə qabığıdır. Öz iqtisadi, coğrafi və demoqrafik məhdudiyyətləri ilə o ancaq regional səviyyədə güc ola bilər. Hər iki dövlət nüvə gücüdür, lakin nə ABŞ-ın ənənəvi gücünə, nə də qabaqcıl çəkindirməsinə meydan oxuya bilməzlər.
ABŞ Şimali Koreya və İrandan meydana gələn təhdidləri də şişirdir. O, 70 il ərzində Rusiya və Çini uğurla çəkindirdisə, Pxenyanın kiçik nüvə arsenalını və hər iki ölkənin ənənəvi güclərini də çəkindirə bilər. Qısaca desək, ABŞ təhlükəsizliyinə qarşı bütün potensial düşmənlər tərəfindən meydana gələn təhdid gerçək olsa da, iddia olunduğu kimi hansısa hücum təhlükəsi yoxdur.
Ağalar Ağalarlı
Ordu.az