Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə rəsmi məlumatı Rusiya Müdafiə naziri Sergey Şoyqu bildirib.
O qeyd edib ki, bu gün başlayan hərbi təlimlər Rusiya tarixinin ən nəhəng təlimləri olacaq.
“Uzaq Şərq və Sibir regionunda donanma, hava qüvvələri və quru qoşunlarının iştirakı ilə keçiriləcək təlimlər 1981-ci ildə Rusiyada keçirilən geniş miqyaslı hərbi təlimlərdən sonra baş tutan ən nəhəng döyüş hazırlığıdır. 5 gün davam edəcək “Vostok” təlimlərində Çin və Monqolustan hərbçiləri də iştirak edəcək”, - deyə o əlavə edib.
Dəyanət Ağalarlı
Ordu.az