Husilər koalisiya bazasına növbəti raket hücumu həyata keçirib

2018/08/39288479_2085528941708508_5282607704458657792_n_1534422969_1534760532.jpg
Oxunub: 4194     18:21     20 Avqust 2018    
Husilər Səudiyyə Ərəbistanının Nəcran vilayətində yerləşən Ərəb koalisiyasına məxsus hərbi bazaya ballistik raket hücumu həyata keçiriblər.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə məlumatı qiyamçılara yaxın mənbələr yayıb.

Bildirilib ki, hücum Yəmən istehsalı olan “Bədr-1” orta mənzilli ballistik raket vasitəsilə həyata keçirilib.

Konkret rəqəmlər açıqlanmasa da, koalisiya qüvvələrinin bir neçə hərbçisinin həlak olduğu və bazaya ciddi zərər dəydiyi bildirilib.

Qeyd edək ki, hələlik qarşı tərəfdən məsələ ilə bağlı rəsmi açıqlama verilməyib.

Dəyanət Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Husilər   Yəmən  


Bizi "telegram"da izləyin