Ordu.az TASS-a istinadən xəbər verir ki, Rusiya Federasiyası Hərbi-Texniki Əməkdaşlıq Xidmətinin sədri Dmitri Şuqayev forum barədə açıqlama verib.
O, sərgi ərzində 26 mindən çox eksponatın nümayiş etdiriləcəyini bunun forumun miqyasının nə qədər böyük olduğundan xəbər verdiyini bəyan edib.
Onun sözlərinə görə, xarici ölkələr forumda sərgiləmək üçün çox sayda hərbi məhsullarını ölkəyə gətirəcəklər. Belə ki, Federal Xidmət artıq Belarus, Hindistan, Çin, Pakistan, Türkiyə və bir sıra digər ölkələrin 500-dən çox nümunəsinə forumda iştirak lisenziyası verib.
Şuqayev forumda 8 ölkənin öz hərbi məhsullarını nümayiş etdirəcəyini, xarici ölkələrdən olan 90-dan çox rəsmi nümayəndə heyətinin forumu izləyəcəyini bildirib.
Ağalar Ağalarlı
Ordu.az