Qurban bayramı ilə əlaqədar Əfqanıstanda atəşkəs elan edilib

2018/08/5b1b5aefdda4c812718b4613_1534759844.jpg
Oxunub: 2333     18:09     20 Avqust 2018    
Qurban bayramı ilə əlaqədar bu gündən etibarən Əfqanıstanda “Taliban” qiyamçıları ilə atəşkəs elan edilib.

Ordu.az “Reuters”ə istinadən xəbər verir ki, bu barədə Əfqanıstan prezidenti Əşrəf Qani bildirib.

Bu çıxışdan sonra açıqlama verən “Taliban”a yaxın mənbə də hərakat liderlərinin dörd günlük atəşkəsə razılıq verdiyini, lakin “Taliban”ın Ali Lideri Şeyx Heybətulla Axundzadənin məsələ ilə bağlı son qərarı qəbul etmədiyini söyləyib.

Üstəlik qiyamçılardan edilən açıqlamada yüzlərlə məhbusun azad edilə biləcəyi bildirilsə də, bu barədə əlavə detallar açıqlanmayıb.

Ölkənin Britaniya müstəmləkəsindən müstəqillik qazanmasının 99-cu ildönümü ilə bağlı qeyd olunan mərasimdə çıxış edən Qani atəşkəsin “Taliban”ın buna riayət edəcəyi müddətcə davam edəcəyini bildirib.

“Biz “Taliban” liderlərini əfqan xalqının uzun müddətli və real sülh arzularını nəzərə almağa çağırırıq”, - deyə o vurğulayıb.

Hökumətdən olan etibarlı mənbə isə müvəqqəti atəşkəsin Məhəmməd peyğəmbərin doğumunun Əfqanıstanda qeyd ediləcəyi gün olan noyabrın 21-nə qədər davam edə biləcəyini bildirib.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Qurban-bayramı   Taliban   Əfqanıstan  


Bizi "telegram"da izləyin