Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə rəsmi məlumatı Çin Müdafiə Nazirliyi yayıb.
Qeyd olunub ki, təlimlərdə 700-ü Çindən olmaqla, ümumilikdə 3 mindən çox hərbçi iştirak edəcək.
Məlumata əsasən Rusiyanın Çebarkul şəhərində baş tutacaq təlimlərdə Şanxay Əməkdaşlıq Təşkilatına üzv Çin, Rusiya, Qazaxıstan, Tacikistan, Qırğızıstan, Hindistan və Pakistan iştirak edəcək.
Qeyd edək ki, təlimlər 22-29 avqust tarixlərində baş tutacaq.
Dəyanət Ağalarlı
Ordu.az