Ordu.az TASS-a istinadən xəbər verir ki, bu barədə filotiliyanın mətbuat katibi 2-ci dərəcəli kapitan Nikolay Voskresenski bildirib.
Onun sözlərinə görə, Sakit Okean filotiliyasının bir qrup gəmisi Oxot dənizi zonasında təlimlərə qatılıb. Bu gəmilər arasında “Varyaq” raket kreyseri, “Bıstri” esminesi və “Admiral Tributs”, “Admiral Vinoqradov”, “Admiral Panteleyev” sualtı gəmiləri də var.
Vladivostokdan yola düşən bu gəmilər sualtı gəmi əleyhinə müharibə təlimləri həyata keçirib, Ka-27 helikopterləri vasitəsilə şərti düşmən sualtı gəmisi izlənib. Təlimdə həmçinin düşmənin havadan müdafiə sisteminin sıradan çıxarılması, birgə taktiki manevrlər və və s. təcrübədən keçirilib.
Ağalar Ağalarlı
Ordu.az