Ordu.az TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya Federasiyası Hərbi-Texniki Əməkdaşlıq Şurasının sədri Dmitri Şuqayev bildirib.
Onun sözlərinə görə, Rusiyanın paytaxtı Moskvada baş tutan sessiyada iştirak edəcək nümayəndə heyətlərinə hər iki ölkənin Müdafiə nazirləri başçılıq edəcəklər.
“Buna baxmayaraq sözügedən hökumətlərarası komisiyyanın sessiyası sadəcə Müdafiə nazirlərinin görüşü kimi nəzərdə tutulmayıb. Burada ekspertlər, kompaniyalar və digər tərəflər də iştirak edəcək, protokolların imzalanması, mövqelərin koordinasiyası baş tutacaq”, - deyə Şuqayev vurğulayıb.
Ağalar Ağalarlı
Ordu.az