Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə rəsmi məlumatı Suriya Müdafiə Nazirliyi yayıb.
Bildirilib ki, ordu rəhbərliyi Deyr Əz-Zorun terrorçulardan və müxaliflərdən azad edilən bölgələrində hökumətin fəaliyyətlərinin bərpa edilməsi məqsədilə bölgəyə geniş miqyaslı hərbi karvan göndərib.
Məlumata əsasən, 2 min nəfərlik hərbi karvan bölgənin Fərat çayı sahilindəki Dəvayər və Kəşəmə bölgələrinə, həmçinin Əlbu-Kamal şəhərinə gedən magistral yola nəzarət edəcək.
Eyni zamanda Badiyədəki bölgə rəhbərliyinin fəaliyyətləri də bərpa olunacaq.
Dəyanət Ağalarlı
Ordu.az