Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, tərəflər arasında görüş Qüdsdə baş tutub.
Məsələ ilə bağlı açıqlama verən ABŞ-ın İsraildəki səfiri Deyvid Fredman bildirib ki, tərəflərin başlıca müzakirə mövzusu İranın regional təhlükəsizliyə olan təhdidləri olub.
“Con Bolton və Benyamin Netanyahu son günlərdə İranın balilistik raket proqramı ilə bağlı fəaliyyətlərini sürətləndirməsini və təqdim edilən bir sıra yeni silahlarının bölgədə hansı fəsadlara yol aça biləcəyini müzakirə ediblər. Həmçinin Suriyadakı İran hərbi qüvvələrinin artırılması da görüşdə müzakirə olunub. Fikrimcə, bu görüş bir sıra vacib qərarların qəbul edilməsində əhəmiyyətli rol oynadı”, - deyə o bildirib.
Dəyanət Ağalarlı
Ordu.az