Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, sınaq Rəcestan sınaq poliqonunda həyata keçirilib.
Məsələ ilə bağlı açıqlama verən Hindistan Müdafiə naziri Nirmala Sitharaman bildirib ki, “Helina” adı verilən yeni tank əleyhinə raketin sınaqları uğurla həyata keçirilib.
Məlumata əsasən, 16-18 avqust tarixlərində sınaqdan keçirilən raketin müxtəlif növ helikopterlərə və qırıcılara inteqrasiyası mümkündür. Silah həmçinin infraqırmızı axtarış və telemetrik aşkarlama sistemləri ilə təchiz edilib.
Dəyanət Ağalarlı
Ordu.az