Ordu.az “Reuters”ə istinadən xəbər verir ki, bu barədə Ankara polisinin mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, hücum zamanı binaya bir neçə dəfə atəş açılıb. Güllələrdən bəziləri binanın önündəki təhlükəsizlik əməkdaşları üçün nəzərdə tutulan kabinetin pəncərələrinə tuş gəlsə də heç bir itki baş verməyib.
Ankaradan olan polis zabiti hadisənin təxminən yerli vaxtla səhər saat 05:00 radələrində meydana gəldiyini, lakin heç kimin zərər görmədiyini bildirib.
Onun sözlərinə görə, hücum zamanı azı 4-5 atəş səsi eşidilib. Hücum edən şəxslər dərhal hadisə yerindən qaçmağa nail olublar, hazırda polis onların axtarışını aparır.
Ağalar Ağalarlı
Ordu.az