Ordu.az TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiyanın “United Aircraft Corporation” kompaniyasının prezidenti Yuri Slyusar bəyan edib.
“Biz beşinci nəsil təyyarələrin birgə təkmilləşdirilməsi ilə bağlı Hindistanla müzakirələrə davam edirik. Məsələ bağlanmayıb. Hindistanın bu layihədən çəkildiyi deyilsə də, belə bir şey yoxdur”, - deyə Slyusar bildirib.
Qeyd edək ki, Hindistanın Müdafiə üzrə Tədqiqat və Təkmilləşdirmə Təşkilatının bu kimi texnologiyaların müstəqil hazırlanmasının mümkün olduğunu açıqlamasından sonra, Hindistanın “Economic Times” qəzeti ölkənin sözügedən layihədən çəkiləcəyini iddia edib.
Ağalar Ağalarlı
Ordu.az